DÜNYA » SİYASƏT
27 Sentyabr 2021, 14:29 (GMT +4)

İranda Sepah-ın araşdırma mərkəzində yanğın nəticəsində iki nəfər ölüb

Bakı, 27 sentyabr, SalamNews, B.Samid. İranın İslam İnqilabının Keşikçilər Korpusuna məxsus “Xodkifai” araşdırma mərkəzində baş verən yanğında Sepah-ın iki əməkdaşı həyatını itirib.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə Sepah-ın İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat verib.

Bildirilib ki, Tehranın qərbində “Xodkifai” araşdırma mərkəzində iki gün öncə baş verən yanğında xəsarət alanlardan iki nəfər bu gün həyatlarını itiriblər.

Qeyd edək ki, bu yanğın hadisəsində üç nəfər xəsarət almışdı.