AZƏRBAYCAN » SİYASƏT
27 Sentyabr 2021, 16:32 (GMT +4)

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Bakı, 27 sentyabr, SalamNews. Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Anım Günü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

SalamNews-un xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunun əməkdaşları və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndələri də xatirə kompleksini ziyarət ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Qurani-Kərim”dən ayələr oxunub.