DÜNYA » SİYASƏT
27 Sentyabr 2021, 17:36 (GMT +4)

Putin Rusiyanın əsas düşmənlərini açıqlayıb

Bakı, 27 sentyabr, SalamNews. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkənin əsas düşmənləri yoxsulluq, sağlamlıq sistemləri, təhsil və infrastrukturun inkişafındakı problemlərdir. 

SalamNews bu barədə RT-yə istinadən xəbər verir.

Putin, "Vahid Rusiya" siyahısındakı liderlərlə  söhbət etdiyini qeyd edib. Onun sözlərinə görə, bəzi qərargahlarda seçkilərin nəticələri elan edildikdən sonra "Əla" qələbə şüarları səsləndirilib, bu isə bütün hədəflərə çatılıb deməkdir.

"Ancaq bütün hədəflərə çatdığımızı əminliklə söyləmək üçün "əla" deyə qışqırmaq hələ tezdir. Düşmən hələ məğlub edilməyib", deyə Putin hökumət üzvləri ilə onlayn formatda keçirilən görüşdə bildirib.

Rusiya prezidentinin sözlərinə görə, dövlətin düşmənləri əhalinin xeyli hissəsinin yoxsulluğu, səhiyyə sistemlərində, təhsildə və infrastrukturun inkişafında həll olunmamış problemlərdir.