DÜNYA » SİYASƏT
27 Sentyabr 2021, 17:27 (GMT +4)

İordaniya Suriya ilə sərhəddə yerləşən strateji sərhəd keçidini yenidən açıb

Bakı, 27 sentyabr, SalamNews, B.Samid. İordaniya Suriya ilə sərhəddə yerləşən strateji sərhəd keçidini qarşılıql ticarət mübadiləsi üçün yenidən açıb.

SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə İordaniyanın Daxili İşlər Nazirliyi bəyanat verib.

Bildirilib ki, İordaniyanın Suriyanın Dəra əyalətilə sərhədində yerləşən “Cabir” gömrük sərhəd keçidi ticarət mübadiləsi və yüklərin daşınması üçün açıq elan edilir.

Bu, iki ölkə sərhədində yerləşən iki strateji keçiddən biridir.

İordaniya hökuməti üç ay öncə Dəra əyalətində ordunun qruplaşmalara qarşı hərbi əməliyyatına görə bu keçidi bağlamışdı. Məlumata görə ABŞ və digər dövlətlər tərəfindən təzyiqlərin göstərilməsinə baxmayaraq, İordaniya Suriya ilə sərhəd keçidini açıq elan edib.