RUSİYA » SİYASƏT
27 Sentyabr 2021, 18:10 (GMT +4)

Peskov: İran prezidentinin Soçidə keçiriləcək Putin-Ərdoğan görüşündə iştirakı gözlənilmir

Bakı, 27 sentyabr, SalamNews. İran prezidenti İbrahim Rəisinin sentyabrın 29-da Rusiyaya səfəri planlaşdırılmır.

SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

"İran prezidenti? Xeyr, gözlənilmir", deyə Peskov müvafiq suala cavab verərkən bildirib.

Qeyd edək ki, ayın 29-da Soçidə Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar keçirilməsi planlaşdırılır.