QAFQAZ » CƏMİYYƏT
28 Sentyabr 2021, 17:45 (GMT +4)

Gürcüstanda son sutkada 40 nəfər COVID-19-dan ölüb

Bakı, 28 sentyabr, SalamNews. Gürcüstanda son sutkada 2 185 yeni koronavirusa yoluxma qeydə alınıb, 2010 nəfər sağalıb, 40 xəstə ölüb.

SalamNews-un Gürcüstan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Səhiyyə Milli Mərkəzi məlumat yayıb.

İndiyə qədər qonşu ölkədə 609 340 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb, onlardan 580 891-i sağalıb, 8884 nəfər ölüb, 19539 nəfər aktiv xəstələrdir.