DÜNYA » SİYASƏT
28 Sentyabr 2021, 14:22 (GMT +4)

PKK-nın Ermənistan üzrə təmsilçisi MKİ əməliyyatı zamanı məhv edilib

Bakı, 28 sentyabr, SalamNews. Türkiyə Milli Kəşfiyyat İdarəsi Suriyanın Kamışlı bölgəsində antiterror əməliyyatı keçirib.

SalamNews-un "Hurriyet"ə istinadən verdiyi məlumata görə, anti-terror əməliyyatı nəticəsində İnterpol tərəfindən axtarışda olan PKK liderlərindən Engin Karaaslan məhv edilib.

"Haydar Varto" kod adlı terrorçu 1980-ci illərdə PKK-ya qoşulub. 1990-cı illərdə Suriyanın Dəməşq şəhərində təhsil alıb. 2000-ci illərdə terrorçu PKK-nın Ermənistandakı təmsilçisi olub.

2019-cu ildən Suriyada olan terrorçu Tunceli, Amanos və Kandildə müxtəli terror aktlar9ının planlaşdırılmasında iştirak edib.