DÜNYA » SİYASƏT
28 Sentyabr 2021, 15:03 (GMT +4)

Ərdoğan: Türkiyə Paris İqlim Sazişini təsdiqləməyə hazırdır

Bakı, 28 sentyabr, SalamNews. Türkiyə, Qlazqo şəhərində keçiriləcək İqlim Dəyişikliyi Sammitinə  qədər Paris İqlim Sazişinin təsdiqlənməsi prosesini başa çatdıracaq.

SalamNews-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

"Son proseslər, ölkəmizə verilən öhdəliklər çərçivəsində bu sazişi parlamentdə yeni qanunvericilik ilinin başlaması ilə gələn ay təsdiqləməyə qərar verdik", - deyə Türkiyə lideri bildirib.

Prezident Ərdoğan, Türkiyənin 2015-ci ildə Paris Anlaşmasını imzalayan ilk ölkələrdən biri olduğunu xatırladıb. Onun sözlərinə görə, o dövrdə Ankara öhdəliklərlə bağlı ədalətsizliyə etiraz edildiyi üçün razılaşmanın parlamentdə ratifikasiya edilməsi prosesinə başlamamışdı.