DÜNYA » SİYASƏT
28 Sentyabr 2021, 17:58 (GMT +4)

NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

Bakı, 28 sentyabr, SalamNews. NATO-nun 5 gəmisi Gürcüstanın ərazi sularına daxil olub.

SalamNews-un yerli KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin sərhəd polisi məlumat yayıb.

Gəmilər İspaniya, İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyənin hərbi gəmiləridir. 

Qara dənizin Batumi limanına gələn gəmilərin iştirakı ilə Gürcüstan Sərhəd Xidmətinin təlimləri keçiriləcək. Məqsəd Gürcüstan və NATO dəniz qüvvələri arasında əlaqələri  genişləndirmək, Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməkdir.