RUSİYA » CƏMİYYƏT
28 Sentyabr 2021, 15:36 (GMT +4)

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb

Bakı, 28 sentyabr, SalamNews. Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb. Məlumata görə, virusun yaratdığı fəsadlardan son sutkada 852 nəfər olmaqla  ümumilikdə 205 531 nəfər ölüb.

SalamNews  RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə xəstəliyin yayılması ilə mübarizə üzrə operativ qərargahdan jurnalistlərə məlumat verilib.

Bundan əvvəlki yüksək göstərici 24 sentyabrda qeydə alınıb (828).

Qeyd edək ki, Rusiyada son sutkada COVID-19-a yoluxanların sayı 21559 nəfər artıb. Beləliklə, pandemiya dövründə ölkədə 7 464 708 yoluxma qeydə alınıb.