AZƏRBAYCAN » SİYASƏT
28 Sentyabr 2021, 16:43 (GMT +4)

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Bakı, 28 sentyabr, SalamNews. Sabah Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək.

SalamNews -un Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, görüşdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.