AZƏRBAYCAN » SİYASƏT
28 Sentyabr 2021, 17:23 (GMT +4)

Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Bakı, 28 sentyabr, SalamNews. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.