DÜNYA » SİYASƏT
28 Sentyabr 2021, 17:31 (GMT +4)

Kərbəlaya Ərbəin ziyarətinə gedən zəvvarların sayı açıqlanıb

Bakı, 28 sentyabr, SalamNews, B.Samid. “Səfər ayının yeddisindən 20-si Ərbəin gününə qədər Kərbəla şəhərinə 16 milyon insan daxil olub.”

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə Kərbəlada İmam Hüseynin Ziyarətgahı Kompleksi bəyanat verib.

Bildirilib ki, səfər ayının yeddisindən Ərbəin günü günorta saat 12-ə qədər (iki həftə ərzində) Kərbəla şəhərinin giricəklərində yerləşdirilən elektron kameralarında 16 milyon 327 min insan qeydə alınıb.

Bu rəqəmdən azı yüz min nəfərin xarici zəvvar olduğu bildirilir.