AZƏRBAYCAN » İDMAN
28 Sentyabr 2021, 16:48 (GMT +4)

Çempionlar Turu: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzub

Bakı,  28 sentyabr, SalamNews, R.Nadirli. Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 3-cü tura yekun vurulub.

SalamNews xəbər verir ki, Azərbaycan təmsilçiləri bu turu da məğlubiyyətlə başa vurublar. Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Dudaya, Teymur Rəcəbov isə niderlandlı Aniş Giriyə eyni hesabla uduzub - 2,5:3,5. Şahmatçılarımız qarşılaşmaları tay-breykədək uzada bilib.