DÜNYA » İDMAN
28 Sentyabr 2021, 17:33 (GMT +4)

"Liverpul"un keçmiş futbolçusu vəfat edib

Bakı,  28 sentyabr, SalamNews, R.Nadirli. İngiltərə milli komandasının və “Liverpul” klubunun keçmiş futbolçusu Rocer Hant vəfat edib.

SalamNews xəbər verir ki, keçmiş hücumçu 83 yaşında həyatla vidalaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

1958-1969-cu illərdə “Liverpul”un formasını geyinən Hant 244 qol vurmağı bacarıb. İki dəfə İngiltərə çempionu olmuş mərhum futbolçu, 1966-cı ildə keçirilən dünya çempionatının qalibi olub.