DÜNYA » SİYASƏT
05 Oktyabr 2021, 11:45 (GMT +4)

Taliban Pakistanla sərhəddə olan əsas keçidi bağlayıb

Bakı, 5 oktyabr, SalamNews, B.Samid. Taliban hərəkatı Pakistanla sərhəddə yerləşən Spin-Buldak sərhəd keçidini bağlayıb.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın (Pakistanla sərhədində yerləşən) Qəndəhar Əyaləti Qubernatorluğu bəyanat verib.

Bildirilib ki, Əfqanıstanın Pakistanın aidiyyatı qurumları ilə aparılan danışıqlarına baxmayaraq, sərhəddən insanların gediş gəlişinə maneələr aradan qaldırılmadığından Spin-Buldak keçidi bağlı elan edilib.

Taliban hökuməti mənbələri insanların bu sərhəd keçidinə getməməsini istəyiblər.

Qeyd edək ki, Spin-Buldak iki ölkə sərhədində yerləşən iki əsas keçiddən biridir.