DÜNYA » SİYASƏT
12 Oktyabr 2021, 12:28 (GMT +4)

G20 dövlətləri bu gün Əfqanıstanla bağlı toplantı keçirirlər

Bakı, 12 oktyabr, SalamNews, B.Samid. G20 dövlətləri bu gün İtaliyanın təşkilatçılığı ilə Əfqanıstanla bağlı bir araya gələcək.

SalamNews RT-ə istinadla xəbər verir ki, İtaliyanın baş naziri Mario Draqinin təşkilatçılığı ilə bu gün G20 dövlətlərinin nümayəndələri Əfqanıstanla bağlı bir araya gələcəklər.

Videokonfrans formatında keçiriləcək bu toplantıda Əfqanıstana humanitar yardımların çatdırılması, buradan çıxmaq istəyənlərin təxliyəsi, qadın hüquqları və sair gündəmdə olan məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, G20 qrupunun nümayəndələri bu ayı 30-31-də Romada yenidən bir araya gələcəklər.