DÜNYA » SİYASƏT
12 Oktyabr 2021, 14:24 (GMT +4)

Talibana qarşı döyüşən “Pəncşir qüvvələri” nin lideri bəyanat verib

Bakı, 12 oktyabr, SalamNews, B.Samid. Pəncşirdə “Milli Müqavimət Cəbhəsi”nin lideri Əhməd Məsud mübarizənin davam etdiyini bildirib.

SalamNews AmajNews-a istinadla xəbər verir ki, Əhməd Məsud verdiyi son açıqlamada Taliban hərəkatının ölkədə müharibə cinayətləri törətdiyini bəyan edib.

Beynəlxalq ictimaiyyətin və dövlətlərin Talibanı rəsmən tanımadığını alqışlayan Əhməd Məsud sözügedən mövqeyin davam etdirilməsini istəyib.

O bildirib ki, “Milli Müqavimət Cəbhəsi” hədəflərini, ölkə xalqının hüquqlarının bərpası və tələblərini həyata keçirmədən Talibana qarşı mübarizəni dayandırmayacaq.

Qeyd edək ki, Taliban ötən ayın əvvəlində “Milli Müqavimət Cəbhəsi”nin mərkəzi Pəncşiri nəzarətə götürüb. “Milli Müqavimət Cəbhəsi” qüvvələri isə dağlara və əlçatmaz bölgələrə çəkiliblər.