DÜNYA » SİYASƏT
14 Oktyabr 2021, 11:08 (GMT +4)

ABŞ-ın İran üzrə rəsmi nümayəndəsi Yaxın Şərqə səfərə yollanıb

Bakı, 14 oktyabr, SalamNews, B.Samid. ABŞ hökumətinin İran məsələləri üzrə rəsmi nümayəndəsi  Rober Mali bu gün Yaxın Şərqə yollanıb.

SalamNews xəbər verir ki, Robert Mali İran nüvə danışıqlarının gecikməsi və son dönəmlərdə artan gərginliklər fonunda Yaxın Şərqə səfər edib.

O bir neçə gün ərzində Körfəzdə yerləşən və iranla qonşu olan varlı ərəb dövlətlərinin yüksək rəsmilərilə görüşlər keçirəcək.

ABŞ Dövlət Katibliyinin bəyanatında bildirilib ki, “Robet Mali 15-21 oktyabr ərəfəsində Qətər, Səudiyyə, BƏƏ və sair dövlətlərdə olacaq və İranla bağlı bütün tərəfləri narahat edən məsələləri müzakirə edəcək.”

Qeyd edək ki, Avropa və ABŞ İranı nüvə danışıqlarının bərpası məqsədilə nəzərdə tutulmuş Vyana danışıqlarına tez bir zamanda qayıtmağa çağırırlar. Əlavə edək ki, ABŞ özü 2018-ci ildə birtərəfli qaydada bu sazişdən çıxıb və İrana qarşı sərt sanksiyalara başlayıb. İran da buna cavab olaraq sazişdəki öhdəliklərini azaldıb.