RUSİYA » SİYASƏT
22 Oktyabr 2021, 10:16 (GMT +4)

Alek Bolduinin iştirakı ilə film çəkilişində silahlı insident baş verib, ölən və yaralanan var 

Bakı, 22 oktyabr, SalamNews. ABŞ-da aktyor Alek Bolduinin iştirakı ilə film çəkilişi zamanı odlu silahla insident nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

SalamNews xəbər verir ki, bu barədə "TMZ" portalı məlumat yayıb.

"Rust" filminin çəkilişləri Meksikada aparılırdı.

Qeyd olunur ki, insident boş patronlarla doldurulmalı olan tapançadan atəş açarkən baş verib. Filmin rejissoru körpücük sümüyündən yaralanıb, qadın operator isə ağır yaralanıb. O, təyyarə ilə Albukerke xəstəxanasına çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Atışmanın baş verdiyi səhnənin çəkilişinə qatılan Alek Bolduin xəsarət almayıb. Çəkilişlər dayandırılıb.