RUSİYA » CƏMİYYƏT
27 Oktyabr 2021, 14:20 (GMT +4)

Rusiyada COVID-19-dan gündəlik ölüm sayında anti-rekord yenilənib

Bakı, 27 oktyabr, SalamNews. Rusiyada koronavirusa (COVID-19) yoluxanların sayı son sutkada 36 582 nəfər artıb.

SalamNews xəbər verir ki, bu barədə koronavirusla mübarizə üzrə federal operativ qərargahdan məlumat verilib.

Yoluxanların ümumi sayı 8 352 601 nəfərə çatıb.

Rusiyada koronavirusdan ölənlərin sayı son sutkada 1123 nəfər artıb. Bu pandemiya başlanğıcından bəri yeni maksimum göstəricidir. Ümumilikdə, pandemiya başlayandan ölkədə COVID-19 diaqnozu qoyulan 233 898 xəstə dünyasını dəyişib.

Beləliklə, Rusiya Federasiyasında ardıcıl olaraq doqquz gündür gündəlik 1000-dən çox ölüm halı qeydə alınıb.

Rusiyada son 24 saat ərzində 29 151 nəfər olmaqla 7 242 735 nəfər COVID-19-dan müalicə alaraq sağalıb.

Moskvada koronavirusa yoluxma hallarının sayı son sutkada 5789 nəfər, ölənlərin sayı isə 91 nəfər artıb.