AZƏRBAYCAN » DİN
27 Oktyabr 2021, 14:43 (GMT +4)

Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa gedib

Bakı, 27 oktyabr, SalamNews. Türkiyənin Diyanət işləri Başkanı Ali Erbaş Azərbaycana səfərə gəlib.

Bu barədə SalamNews-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, QMİ sədri Allahşükür Paşazadə qonaqlarla birlikdə Qarabağın hava qapısı olan Füzuli aeroportuna baş çəkiblər.

Nümayəndə heyəti Füzulidən Şuşaya gedəcəklər.