DÜNYA » SİYASƏT
16 Noyabr 2021, 12:57 (GMT +4)

General Xəlifə Həftər Liviya prezident seçkilərinə namizədliyini verib

Bakı, 16 noyabr, SalamNews, B.Samid. Qəddafinin oğlundan sonra general Xəlifə Həftər də Liviya prezident seçkilərinə namizədliyini verib.

SalamNews bu barədə Əlcəzirə telekanalına istinadən xəbər verir.

Bildirib ki, general Xəlifə Həftər bu gün Liviyada prezident seçkilərinə namizədliyini rəsmən irəli sürüb.

Qeyd edək ki, bundan öncə sabiq diktator Müəmmər Qəddafinin oğlu Seyful-islam Qəddafi də namizədliyini rəsmən qeydiyyatdan keçirib.

Liviyada bu iki şəxsin namizədliyini irəli sürməsi sabiq üsyançıların dəstəklədiyi qüvvələr tərəfindən etirazla qarşılanıb. Ölkədə seçkilər gələn ayın sonu keçiriləcək.