AZƏRBAYCAN » İDMAN
20 Noyabr 2021, 13:15 (GMT +4)

Yüksək Liqa: “Neftçi” EKOL-dan güclü olub, "Araz" darmadağına sevinib

Bakı, 20 noyabr, SalamNews, R.Nadirli.Futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçirilib.

SalamNews xəbər verir ki, tura debütantların dueli ilə start verilib.

Azərbaycanın U-19 millisi “Xilə” ilə oyundan qalib ayrılıb. “Baku Fire” da “Alyans” (Lənkəran) üzərində qələbəyə sevinib.

EKOL-la “Neftçi”nin duelində ikincilər qələbə qazanıblar. Turun qapanış matçında lider “Araz” (Naxçıvan) “Record”la qarşılaşıb və darmadağınla qalib gəlib.

Yüksək Liqa, 8-ci tur

Xilə – U-19 5:10

Qol: Səxavət Pirmuradov, 7:58; Tofiq Əliyev, 14:47. Fərid Səmədzadə, 24:55; 37:33. Tofiq Əliyev, 25:11 – Məhəmməd Abbasov, 7:08; 30:23; 31:34; 36:40; 38:35. Nazim Rəhimov, 15:55; Nurlan Məmmədov, 16:35. Xəzər Ağalızadə, 17:48; 32:39. Fuad Məmmədzadə, 35:52.
Hakimlər: Ziya Nəsirov, Xəlil Xəlilov, Mahir Məmmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı 12:00.

 

EKOL – Neftçi İK 1:2
Qol: Tofiq Mikayılov, 22:00 – Rüfət Balakişiyev, 13:40. Əjdər Əjdərov, 38:47.
Hakimlər: Hikmət Qafarlı, Nail Nağıyev, Vüsal Balaşov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı 14:15.

 

Baku Fire – Alyans (Lənkəran) 6:3
Qol: Rasif Səfiyarov, 1:06; 10:02; 35:35. Renat Sultanov, 20:19; 34:39. Elvin Quliyev, 24:24 – Oktay Rüstəmli, 7:04. Anar İsayev, 16:40. Nurlan Fərəcli, 22:44.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hüseyn Əsgərov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı 16:15

 

Araz (Naxçıvan) – Record 17:3
Qol: Murilo, 1:37; 37:24. Xətai Bağırov, 4:12; 13:08; 21:34; 22:06; 28:44; 29:44. Felipinyo, 13:17; 35:58. Maneka, 17:38; 30:38. Ramiz Çovdarov, 20:55; 30:21; 31:04; 37:10. Nurlan Mehdizadə, 39:37 – Matin Qahremani, 23:54. Hasan Ali Jafari, 34:05. Xəyal Xələfli, 36:46.
Hakimlər: Hacıəli Ağayev, Etibar Həsənov, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı 18:15.

 

Xal durumu: Araz – 24, EKOL – 18, Baku Fire – 15, Neftçi – 13, Record – 9, U-19 – 7, Xilə – 6, Alyans – 3.