AZƏRBAYCAN » İQTİSADİYYAT
22 Noyabr 2021, 09:04 (GMT +4)

Azərbaycan və İran arasında neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 22 noyabr, SalamNews, B.Samid. Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev İrana rəsmi səfəri çərçivəsində bu ölkənin neft naziri Cavad Ouci ilə görüşüb.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikası baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində bu ölkənin neft naziri Cavd Ouci ilə görüşərək, neft-qaz sahəsinə aid əməkdaşlıq məsələlərini müzakirə edib.

İranın neft naziri Cavad Ouci bu görüşün nəticələrini açıqlayarkən bildirib ki, yaxın gələcəkdə İranla Azərbycan arasında sözügedən sahədə sənəd imzalanacaq.

“Bu gün İran və Azərbaycan arasında qaz müqaviləsilə bağlı yaxşı razılıqlar əldə edilib. Xüsusilə də qonşu ölkələrdən, o cümlədən Türkmənistandan qazın svop yolu ilə Azərbaycana, həmçinin svop yolu ilə Naxçıvana qazın çatdırılması barədə yaxşı razılaşmalar əldə edildi”, deyə İranın neft naziri bildirib.

Nazir həmçinin əlavə edib ki, Xəzər dənizində neft yataqlarının inkişaf etdirilməsi haqda müzakirələr aparılıb

"Bu gün mütəxəssislərin iclasından sonra gələn həftələr ərzində müqavilənin imzalanacağına ümid olunur", deyə nazir əlavə edib.