DÜNYA » İQTİSADİYYAT
25 Noyabr 2021, 09:03 (GMT +4)

Birləşmiş Ərəb Əmirlikləri Türkiyədə 10 milyard dollarlıq yatırım edir

Bakı, 25 noyabr, SalamNews, B.Samid. BƏƏ Türkiyədə 10 milyardlıq yatırım məqsədilə fond təsis edib.

SalamNews bu barədə Birləşmiş Ərəb Əmirliklərinin dövlət xəbər agentliyi VAM-a istinadla xəbər verir.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri Türkiyədə müxtəlif sahələrdə yatırım məqsədilə 10 milyard dollarlıq fond təsis edib.

Anadolu Agentliyinin xəbərinə görə ötən gün BƏƏ vəliəhdi Məhəmməd bin Zayidin prezident Rəcəb Təyyib Ərdoğanla görüşündən sonra iki ölkə arasında müxtəlif sahələr üzrə 10 razılaşma imzalanıb.

Qeyd edək ki, bu səfər iki ölkə arasında 10 ildən çoxdur davam edən gərginlikdən sonra ilk mühüm səfərdir.