DÜNYA » SİYASƏT
26 Noyabr 2021, 11:30 (GMT +4)

Liviyada bir məhkəmə general Xəlifə Həftər haqda edam hökmü çıxarıb

Bakı, 26 noyabr, SalamNews, B.Samid. Liviyanın Misrata şəhərində Hərbi tribunal “Milli Ordu” başçısı general Xəlifə Həftər haqda edam hökmü çıxarıb.

SalamNews Anadolu.Artabic-ə istinadla xəbər verir ki, bu barədə Liviyanın Hərbi Tribunalı (paytaxt Tripoli) tərəfindən yerli KİV-lə sənəd verilib.

Sənədə əsasən bildirilir ki, Misrata şəhərində Hərbi Tribunal “Milli Ordu” başçısı (Benqazi şəhəri) general Xəlifə Həftər haqda edam hökmü çıxarıb.

Bu sənəddə qeyd edilir ki, general Xəlifə Həftər bundan öncə Misrata şəhərinə endirilən hava zərbələrində əsas təqsirli şəxsdir.

Qeyd edək ki, Liviyada gələn ayın sonunda keçiriləcək seçkilərə general Xəlifə Həftərin namizədliyi qəbul edilib. Generalın əksinə olaraq Müəmmər Qəddafinin oğlu Seyful-İslam Qəddafinin namizədliyi rədd edilib.