DÜNYA » SİYASƏT
03 Dekabr 2021, 15:15 (GMT +4)

İranla böyük dövlətlərin nüvə danışıqlarının yeddinci turu yekunlaşıb

Bakı, 3 dekabr, SalamNews, B.Samid. İranla böyük dövlətlərin nüvə sazişinin bərpası ilə bağlı danışıqların yeddinci turu dörd gün çəkib.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, İranla 4+1 dövlətlərin, habelə vasitə ilə ABŞ-ın nüvə sazişinin bərpası ilə bağlı Vyanda keçirilən danışıqlarının yeddinci turu bu günü bitib və tərəflər məsləhətləşmək üçün paytraxtlara dönəcəklər.

Məlumata görə İran tərəfi ötən gün sanksiyaların aradan qaldırılması və nüvə fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təklif planını qarşı tərəflətə təqdim edib. Danışıqların növbəti turuna qədərə tərəflər bu və sair təklifləri araşdıracaqlar.

Qeyd edək ki, dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişi ABŞ-ın bu sazişdən birtərəfli şəkildə çıxması və İrana qarşı sərt sanksiyalara keçməsilə ləğv olmaq təhlükəsilə üzləşmişdi. İran da bunun cavabında sazişdə olan öhdəliklərini azaldıb.