DÜNYA » SİYASƏT
08 Dekabr 2021, 10:19 (GMT +4)

ABŞ nüvə danışıqları fonunda İrana yeni sanksiyalar tətbiq edib

Bakı, 8 dekabr, SalamNews, B.Samid. ABŞ İran və Suriya ilə bağlı yeni sanksiyalar tətbiq edib. Bu sanksiyalar nüvə sazişinin bərpası ilə bağlı danışıqlar fonunda elan edilir.

SalamNews Reuters-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinədarlıq Departamenti məlumat yayıb.

Bildirilib ki, İran, Suriya və Uqanda respublikasında 15 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edilir.

Məlumata görə sanksiyalardan bəzisi İranın Terrorla Mübarizə İdarəsinin xüsusi təyinatlı qüvvələrini və bu ölkənin “Bəsic” təşkilatının sədri Qulam-Rza Süleymanini və sairlərini hədəfə alır.

Qeyd edək ki, İran, 4+1 dövlətləri və vasitə ilə ABŞ-la Vyanada nüvə sazişinin bərpası ilə bağlı danışıqlar aparır.