AZƏRBAYCAN » İQTİSADİYYAT
14 Fevral 2022, 13:50 (GMT +4)

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası Saatlıda təşkil olunacaq

Bakı, 14 fevral, SalamNews. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Saatlı rayonunun Naharlı kəndində təşkil olunacaq.

SalamNews-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, fevralın 15-i saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.