AZƏRBAYCAN » İQTİSADİYYAT
16 Fevral 2022, 12:40 (GMT +4)

Azərbaycana məxsus Ro-Pax tipli gəmi “ən yaxşı bərə gəmisi” seçilib

Bakı, 16 fevral, SalamNews. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa edilmiş Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi "Baird Maritime"nin təşkil etdiyi 2021- ci ilin ən yaxşı gəmiləri siyahısında “ən yaxşı bərə gəmisi” kimi yer alıb.

SalamNews xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Xatırladaq ki, ötən ilin mart ayında istismara verilən bu gəmi yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/Tır daşımaq imkanına malikdir.

Gəmi yük lifti, helikopter meydançası, dalğalı havada tarazlama sistemi ( fin stabilizer) və iki ədəd dartıcı lokomotivlə də təchiz olunub.