AZƏRBAYCAN » İQTİSADİYYAT
17 Fevral 2022, 14:50 (GMT +4)

Gələn ay Bakıda ənənəvi "Best of İndia" sərgisi keçiriləcək

Bakı, 17 fevral, SalamNews. Gələn ay Bakıda - Əl Oyunları Sarayında Hindistan istehsalı olan məhsulların müşayişi məqsədi ilə "Best of İndia" sərgisi keçiriləcək.

Bunu SalamNews-a açıqlamasında Hindistanın Azərbaycandakı səfirliyinin I katibi Vinay Kumar bildirib.

Onun sözlərinə görə, sərgidə iştirak etmək üçün ölkəsinin 50-60 şirkətinin nümayəndəsi Azərbaycana səfər edəcək.

Xatırladaq ki, 2021-ci ildə Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 739,1 milyon ABŞ dolları təşkil edib.