![]() |
DÜNYA » SİYASƏT |
![]() İsrail qüvvələrinin atəşi nəticəsində üç fələstinli həlak olub, 50-dən çox yaralı var Bakı, 14 aprel, SalamNews, B.Samid. İordan çayının Qərb sahilində İsrail qüvvələri bir sıra şəhər və qəsəbələrdə irimiqyaslı həbslər həyata keçirib. Ötən sutkada baş verən silahlı qarşıdurma və toqquşmada üç fələstinli həlak olub və 50-dən çox yaralı var. SalamNews Fələstinin rəsmi xəbər agentliyi VƏFA-ya istinadla xəbər verir ki, ötən gün Nablus, Ramallah və Beyt-Ləhm şəhərlərinin hər birində İsrail qüvvələrinin atəşi nəticəsində bir ölüm halı qeydə alınıb. İsrail qüvvələri bu şəhərlədə fələstinli fəalları həbs etmək üçün irimiqyaslı “əməliyyatlar” həyata keçirib. Baş verən qarşıdurma və toqquşmalarda azı 50 nəfər yaralanıb. Bu arada Fələstin Muxtariyyəti işğal altında olan İordan çayının Qərb sahili bölgələrində vəziyyətin partlayış səviyyəsinə gəlib çatdığını və nəzarətdən çıxa biləcəyini bəyan edib. Eyni zamanda HƏMAS və digər hərəkatlar Qüds və əl-Əqsa məscidinə edilə biləcək basqınlar barədə xəbərdarlıq ediblər. |