AZƏRBAYCAN » HADİSƏLƏR
26 Aprel 2022, 17:52 (GMT +4)

Vətəndaş DİN-in binasının qarşısında özünü yandırıb

Bakı, 26 aprel, SalamNews. Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında intihara cəhd olub.

SalamNews-un xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Belə ki, orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Daha sonra ətrafa olan polis əməkdaşları yanğını söndürüb. Yaralı xəstəxanaya aparılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb: “Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib”.