AZƏRBAYCAN » İQTİSADİYYAT
16 May 2022, 09:40 (GMT +4)

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı olub

Bakı, 16 may, SalamNews. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

Bu barədə SalamNews-a AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib.

Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.