![]() |
AZƏRBAYCAN » İQTİSADİYYAT |
![]() Azərbaycanda bu il sərnişin və yük daşımaları artıb Bakı, 18 may, SalamNews. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 7,7% və 36,5% artıb. Dövlət Statistika Komitəsindən SalamNews-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 67,3 mln. ton yük daşınıb. Yüklərin 3,1%-i dəniz, 8%-i dəmir yolu, 0,3%-i hava, 56,4%-i avtomobil nəqliyyatı, 32,2%-i isə boru kəməri ilə daşınıb. Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 8,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,5% təşkil edib. Qeyd olunur ki, 2022-ci ilin yanvar-aprel aylarında nəqliyyatçılar 485,5 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,5%-i avtomobil nəqliyyatı, 13,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. |