AZƏRBAYCAN » İQTİSADİYYAT
19 May 2022, 10:42 (GMT +4)

Abşeronun üç qəsəbəsində su kəsiləcək

Bakı, 19 may, SalamNews. Bu gün Abşeron rayonunun Müşfiqabad, 28 May və Qaraheybət qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

SalamNews "Azərsu" ASC-yə istinadən xəbər verir ki, bunun səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.