DÜNYA » SİYASƏT
19 May 2022, 15:31 (GMT +4)

Şolts: Almaniya NATO-nu Ukrayna münaqişəsinə cəlb edəcək addımlar atmayacaq

Bakı, 19 may, SalamNews. Almaniya NATO-nu Ukrayna münaqişəsinin tərəfinə çevirəcək addımlar atmayacaq.

SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

"Biz NATO-nu müharibə tərəfinə çevirəcək heç bir addım atmayacayıq. Hücuma məruz qalan bir ölkənin müdafiəsinə kömək etmək... Burada heç bir eskalasiya yoxdur", deyə almaniyalı kansler bildirib. 

Olaf Şolts bir daha deyib ki, Rusiya qalib gəlməməlidir, Ukrayna isə hücumlara tab gətirməlidir.