DÜNYA » İDMAN
19 May 2022, 16:05 (GMT +4)

Kilian Mbappe Fransada ilin ən yaxşı futbolçusu adına layiq görülüb

Bakı, 19 may, SalamNews, R.Nadirli. Fransa Liqa 1-də mövsümünün ən yaxşı futbolçusu məlum olub.

SalamNews xəbər verir ki, bu ada PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb. 23 yaşlı futbolçu bununla da ardıcıl üç ildir ki, Liqa 1-də mövsümün ən yaxşısı seçilir.

​Mbappe bu mövsüm 34 oyunda 25 qola imza atıb, 17 məhsuldar ötürmə edib. Bununla da o, həm də mövsümün ən məhsuldar futbolçusu olub.