![]() |
AZƏRBAYCAN » HADİSƏLƏR |
![]() “Azərbaycanfilm” Kinostudiyasında yanğın olub Bakı, 20 may, SalamNews. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yerləşən üçmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub. FHN-dən SalamNews-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. |