AZƏRBAYCAN » İQTİSADİYYAT
24 May 2022, 12:02 (GMT +4)

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 17 % artıb

Bakı, 24 may, SalamNews. Bu il yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 157,1 milyon manat kredit verilib.

SalamNews Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,55 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 17,6 % artaraq 100,3 milyon manata çatıb.

Ötən 4 ayda İKZF istiqraz buraxmaqla 90 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 63,6 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği isə 33,7 % artaraq 47,6 milyon manata çatıb.