DÜNYA » SİYASƏT
24 May 2022, 15:55 (GMT +4)

Associated Press: Müxbir Şirin Əbu-Aqilə İsrail qüvvələrinin atəşi nəticəsində ölüb

Bakı, 24 may, SalamNews, B.Samid. Associated Press Şirin Əbu-Aqilənin qətli ilə bağlı araşdırmasının nəticəsini açıqlayıb və birbaşa İsrail qüvvələrini ittihamlandırıb.

SalamNews xəbər verir ki, Associated Press agentliyi bu gün araşdırmasının nəticələrini açıqlayıb və bildirib ki, Şirin Əbu-Aqilənin qətlinə səbəb olan güllə İsrail qüvvələrinin silahından atılıb.

Agentlik cinayət zamanı ərazidə olan şahidlərdən və videogörüntülərdən İsrail qüvvələrinin habelə fələstinlilərin və jurnalistlərin hansı məkanda olduğunu bəlli edib və digər əşya sübutlarından yararlanaraq bu nəticəni elan edib.

Agentlik əlavə edib ki, Şirin Əbu-Aqilənin olduğu istiqamətdə də fələstinlilərdən olmayıb və yalnız orada jurnalistlər mövcud olub ki, bu da atəşin birbaşa hədəfə tuşlandığını göstərir.

Qeyd edək ki, "Əlcəzirə"nin Qüds üzrə müxbiri Şirin Əbu-Aqilə cari ayın 11-də İsrail qüvvələrinin Cenin şəhərinə basqını zamanı başından güllə ilə vurulub və həyatını itirib.