DÜNYA » SİYASƏT
28 May 2022, 14:49 (GMT +4)

Newsweek: Almaniya, İtaliya və Fransa Ukraynaya dəstək verməklə bağlı mövqelərinə yenidən baxa bilər 

Bakı, 28 may, SalamNews. Almaniya, İtaliya və Fransa Ukrayna tərəfinə dəstək verməklə bağlı mövqelərinə yenidən nəzərdə keçirə bilər. 

SalamNews "RT"yə istinadən xəbər verir ki, bunu köşə yazarı Daniel Depetris “Newsweek” jurnalı üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, “hazırda Ukraynanın sadiq tərəfdarı olan bir sıra Qərb liderləri öz siyasətlərinə yenidən baxmağa başlayacaqlar”.

"Almaniya, İtaliya və Fransa Ukraynada hərbi əməliyyatların mümkün qədər tez başa çatmasından getdikcə daha çox narahatdırlar", deyə Depetris bildirib. 

Bundan əvvəl Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Ukraynaya yardıma görə Avropa İttifaqının hərbi ehtiyatları tükənib.