DÜNYA » SİYASƏT
28 May 2022, 15:15 (GMT +4)

Tramp ABŞ prezidenti postu uğrunda mübarizəya qatılacağını istisna etmiyib

Bakı, 28 may, SalamNews. ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona yenidən ölkə başçısı postu uğrunda mübarizə apara bilər. 

SalamNews "TASS"a istinadən xəbər verir ki, Hyustonda ABŞ Milli Atıcılıq Assosiasiyasının qurultayında çıxış edən Tramp qeyd edib ki, 2020-ci ildə o, Demokrat qubernatorlara iğtişaşların hökm sürdüyü şəhərlərdə vəziyyətin çox çətin olmasına baxmayaraq, təkbaşına asayişi bərpa etməyə icazə verib. 

"Əgər bir daha bunu etsəm, yəni prezidentliyə namizədliyimi irəli sürsəm və qalib gəlsəm, artıq bu qaydalara riayət etmək məcburiyyətində qalmayacağam. Mən heç kimin indiyə qədər etmədiyi kimi zorakı cinayətlərlə məşğul olacam", deyə eks-prezident bildirib. 

Tramp dəfələrlə 2024-cü ildə yenidən prezidentlik uğrunda mübarizə aparmağa hazır olduğuna eyham vursa da, bunu heç vaxt birmənalı şəkildə ifadə etməyib.