DÜNYA » SİYASƏT
28 May 2022, 16:50 (GMT +4)

Zelenski Hollandiyanın baş nazirini Ukraynanın Aİ-də yeri olub-olmadığını açıq deməyə çağırıb

Bakı, 28 may, SalamNews. Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Mark Rutte ilə səmimi söhbətindən danışıb. 

SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Nieuwsuur" məlumat yayıb. 

Nəşrə müsahibəsində Ukrayna lideri qeyd edib ki, o, Niderland hökumətinin başçısını Kiyevin Aİ-yə daxil olması ilə bağlı mövqeyini birbaşa bildirməyə çağırıb.

"Mən ona çox açıq dedim: əgər siz hesab edirsiniz ki, Aİ-də bizə yer yoxdur, o zaman birbaşa deyin. Siz bizə həqiqətən kömək edirsiniz və buna görə çox minnətdaram. Amma siz Ukraynanın Aİ-yə doğru kursu barədə susurdunuz.Bu isə sadəcə bizim eşitmək istədiyimizdir", deyə Zelenski bildirib. 

Niderlandın baş nazirinin bu müraciətə konkret nə cavab verdiyini Ukrayna prezidenti dəqiqləşdirməyib, lakin Kiyevin Avropa İttifaqına daxil olmağa ümumi hazırlığına işarə edib.

Onun sözlərinə görə, ölkənin problemləri var, lakin lazımi islahatları aparmağa hazırdır. 

Zelenskinin nöqteyi-nəzərindən Ukraynanın gələcək Aİ üzvlüyünə dair siqnal Kiyevi Rusiya ilə qarşıdurmada daha da gücləndirəcək.