DÜNYA » İDMAN
28 May 2022, 15:49 (GMT +4)

İtaliya klubu baş məşqçisiylə vidalaşıb

Bakı, 28 may, SalamNews, R.Nadirli. İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.

SalamNews xəbər verir ki, "Verona" İqor Tudorla yollarını ayırıb. 44 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.

İqor Tudor 2021-ci ilin sentyabr ayından "Verona"nı çalışdırırdı. Xorvatiyalı məşqçinin rəhbərliyi altında komanda İtaliya çempionatını 53 xalla 9-cu pillədə başa vurub.