DÜNYA » SİYASƏT
28 May 2022, 16:41 (GMT +4)

ABŞ Səfirliyi: Rusiya mədəniyyəti ləğv edilmir və Amerika cəmiyyətini zənginləşdirir

Bakı, 28 may, SalamNews. Rusiya mədəniyyəti ABŞ-da ləğv edilmir və Amerika cəmiyyətini zənginləşdirməyə davam edir.

SalamNews "RT"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyi məlumat yayıb. 

"Bu həftə biz Slavyan Ədəbiyyatı və Mədəniyyəti Gününü qeyd etdik. Bu münasibətlə Rusiya incəsənətinin və mədəniyyətinin Amerika cəmiyyətinə verdiyi töhfəni qeyd etmək istərdik", diplomatik missiyanın "Telegram" kanalında qeyd olnur. 

"Dostoyevskinin romanları, Çaykovskinin musiqisi, Çexovun pyesləri, Anna Pavlovanın tamaşaları - biz onların cəmiyyətimizə verdiyi töhfəni yüksək qiymətləndiririk. Bir çox amerikalı aktyor Stanislavskinin “metodu” ilə yetişdirilib, onların bir çoxunu, məsələn, Klint İstvud, Cek Nikolson, Merilin Monrou məşhur dramaturqun qardaşı oğlu Mixail Çexov hazırlaşdırıb", deyə səfirlik bildirib.