DÜNYA » SİYASƏT
28 May 2022, 19:21 (GMT +4)

İran prezidenti Azərbaycan xalqı və dövlətini təbrik edib

Bakı, 28 may, SalamNews, B.Samid. İran İslam Respublikasının prezidenti İbrahim Rəisi 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalqı və dövlətini təbrik edib.

SalamNews xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, İran Parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, və bu ölkənin digər nazir və yüksək rütbəli rəsmiləri azərbaycanlı həmkarlarına ayrı-ayrılıqda məktub göndərərək, Müstəqillik Günü münasibətilə təbrik ediblər.

İran rəsmiləri Azərbaycan dövlətinə və xalqına firavanlıq və xoşbəxtlik arzulayaraq, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.