DÜNYA » SİYASƏT
24 İyun 2022, 16:52 (GMT +4)

Son həftədə ikinci dəfə olaraq Kərkük yaxınlığında qaz yatağına hücum edilib

Bakı, 24 iyun, SalamNews, B.Samid. Son həftədə ikinci dəfə olaraq Kərkük və Süleymaniyyədə BƏƏ şirkətinin işlətdiyi qaz yatağına raketlər atılıb.

SalamNews İraq mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin “DANA Gaz” şirkətinin işlətdiyi Kormur qaz yatağı raketlərlə hədəfə alınıb.

Bu son həftədə ikinci dəfədir ki, Birləşmiş Ərəb Əmirliklərinin “DANA Gaz” şirkətinin Kərkük və Süleymaniyyədə işlətdiyi qaz yataqları raketlərlə hədəfə alınır.

Hücumun xəsarətləri olmasa da yataqda gedən işdə fasilələr yaradıb.

Hücumu hələ heç bir qrup üzərinə götürməyib.