AZƏRBAYCAN » İDMAN
08 Avqust 2022, 19:30 (GMT +4)

Şahmat Olimpiadası: Qadın millimiz Ermənistanı darmadağın edib

Bakı, 8 avqust, SalamNews, R.Nadirli. Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir.

SalamNews xəbər verir ki, bu gün 10-cu turun görüşləri keçirilib. 

Azərbaycanın milli komandaları da növbəti görüşlərinə çıxıblar. Həm kişilərdən, həm də qadınlardan ibarət millimiz Ermənistanla qarşılaşıb. Qadın millimiz Ermənistanı 4:0 hesabı ilə darmadağın edib, kişi millimiz isə uduzub - 1:3

 

 

Ümumdünya Şahmat Olimpiadası

10-cu tur
8 avqust

Kişilər

Azərbaycan – Ermənistan 1:3
Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan 0:1
Qədir Hüseynov – Hrant Melkumyan 0,5:0,5
Vasif Durarbəyli – Manuel Petrosyan 0,5:0,5
Nicat Abbasov – Robert Hovanisyan 0:1

Qadınlar

Ermənistan – Azərbaycan 0:4
Elina Danielyan – Günay Məmmədzadə 0:1
Lilit Mkrtçyan – Xanım Balacayeva 0:1
Anna Sarqsyan – Gövhər Beydullayeva 0:1
Susanna Qaboyan – Gülnar Məmmədova 0:1